NDU-da “Invest-AZ İnvestisiya Şirkəti” tərəfindən  tələbələrə seminar keçirilib -

NDU-da “Invest-AZ İnvestisiya Şirkəti” tərəfindən tələbələrə seminar keçirilib - FOTO

30 Oktyabr 2025

Naxçıvan Dövlət Universiteti və “Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin birgə təşkilatçılığı ilə tələbələrin iqtisadi biliklərini artırmaq və onların maliyyə savadlılığını inkişaf etdirmək məqsədilə seminar keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, NDU-nun rektor müşaviri Ülvi Baxışlı açılış nitqi ilə çıxış edərək tədbirin əsas məqsədinin tələbələri maliyyə bazarlarının iş prinsipləri, investisiya imkanları və analitik yanaşmalar barədə maarifləndirmək olduğunu vurğulayıb.

“Invest-AZ İnvestisiya Şirkəti” QSC-nin tədris üzrə baş mütəxəssisi, iqtisad üzrə fəlsəfə doktoru Rövşən Məmmədov “Maliyyə bazarlarında praktik fəaliyyət və əldə edilmiş uğurlar” mövzusunda, şirkətin maliyyə məsləhətçisi Rəşad Mustafayev isə “Bitcoin haqqında məlumat” başlıqlı təqdimatla çıxış edib. Seminar çərçivəsində tələbələrə maliyyə bazarının funksiyaları, investisiya imkanları, risklərin idarə olunması, qiymətli kağızların alqı-satqısı və iqtisadiyyatdakı rolu barədə ətraflı məlumat verilib.

Tədbirin gedişində maliyyə bazarlarının nəzəri biliklərini praktiki nümunələrlə izahı  əsaslı videoçarx nümayiş olunub, tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, belə maarifləndirmə tədbirlərinin təşkili tələbələrin əmək bazarının tələbələrinə qarşı məlumatlı və hazırlıqlı olmaları baxımından mühüm əhəmiyyət kəsb edir.