Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb

Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb

27 Fevral 2026

Bu gün doğma yurduna yola salınan növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu mərhələdə kəndə 196 nəfərdən ibarət 40 ailə qayıdıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.