Ötən ay əmək pensiyası alanların sayı açıqlanıb
2025-ci ilin dekabr ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 150 781 nəfər olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, onların 113 891 nəfəri yaşa, 14 139 nəfəri əlilliyə, 22 751 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.








