Pərviz Şahbazov: "Enerji məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün vacibdir"

Pərviz Şahbazov: "Enerji məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün vacibdir"

17 Aprel 2026

Enerji təhlükəsizliyi məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, energetika naziri Pərviz Şahbazov bunu Antalya Diplomatik Forumu çərçivəsində keçirilən panel sessiyasında bəyan edib.

"Bu günlərdə, məlum olduğu kimi, bir çox Yaxın Şərq ölkəsində çox ciddi böhran müşahidə olunur – bu, tarixi miqyaslı faciədir. Ümumilikdə söhbət qlobal enerji sektoruna daxil olmayan təxminən 12 milyon bareldən gedir", - nazir deyib.

Onun sözlərinə görə, eskalasiyadan əvvəl Hörmüz boğazı vasitəsilə LNG-nin 80 %-dən çoxu, neftin 87 %-i, aviasiya yanacağı və dizelin 4 %-i Avropaya yönəldilirdi.

"Məhz buna görə Avropa neft və qaz ticarəti, eləcə də ümumilikdə enerji təchizatı baxımından son dərəcə həssas olaraq qalır", - o deyib.

P.Şahbazov əlavə edib ki, Azərbaycan bu böhranın (Hörmüz boğazının bağlanmasının yaratdığı böhran -red.) nəticələrini o qədər də kəskin hiss etmir: "Lakin biz "OPEC+" formatının məsuliyyətli iştirakçısıyıq və həmişə müxtəlif məsələlər, o cümlədən bu cür böhranlar üzrə həll yollarının tapılmasının tərəfdarıyıq".