Hidayət Heydərov Avropa çempionatında növbəti qələbəsini qazanıb

Hidayət Heydərov Avropa çempionatında növbəti qələbəsini qazanıb

17 Aprel 2026

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/8 finalda Dardan Çenaya (Kosovo) qalib gəlib.

O, daha əvvəl 1/16 finalda Konstantinos Tsaparası (Yunanıstan) məğlub etmişdi.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan 7 cüdoçumuzdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.