Pərviz Şahbazov Alparslan Bayraktarla görüşüb
Energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu azərbaycanlı nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, görüşdə qlobal enerji təhlükəsizliyi, ikitərəfli enerji gündəliyi, karbohidrogen və "yaşıl enerji" ixracı, "Azərbaycan-Türkiyə Enerji Forumu"nun növbəti iclası ilə bağlı məsələlər müzakirə edilib.
https://x.com/ParvizShahbazov/status/2045076775454269815/photo/1








