DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb

DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb

16 Aprel 2026

Bu ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2 milyard 132 milyon manat təşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə DSMF-yə istinadən xəbər verir.

Məlumata görə, bu, proqnozla müqayisədə 9 % və yaxyd 183 milyon manat çoxdur.

Fondun gəlirlərinin tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları proqnoza nisbətən 3 % və yaxud 41 milyon manat çox - 1 milyard 559 milyon manat olub.

Yanvar-mart aylarında DSMF-nin xərcləri isə 2 milyard 53 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10 % və yaxud 189 milyon manat çoxdur.