Naxçıvanda dövlət əmlakı icarəsindən gəlirlər 60,1% artdı

Naxçıvanda dövlət əmlakı icarəsindən gəlirlər 60,1% artdı

16 Aprel 2026

2026-cı ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 84 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 57-si qeyri-yaşayış, 27-si isə torpaq sahələrinə dair olub. 64 müqavilənin isə müddəti uzadılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yanvar-mart ayları ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən ümumilikdə 262 min manat vəsait ödənilib. Ötən üç ayda dövlət büdcəsinə daxilolmalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 60,1 faiz artıb.