İsrail və Livan 10 günlük atəşkəs elan edir

İsrail və Livan 10 günlük atəşkəs elan edir

16 Aprel 2026

ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın bu gündən etibarən 10 günlük atəşkəs elan etdiyini bildirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Livan və İsrail liderləri ilə telefon danışıqlarının yekunlarına əsasən "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mən indicə Livanın çox hörmətli Prezidenti Jozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox yaxşı danışıqlar apardım. Bu iki lider ölkələri arasında sülhə nail olmaq üçün Şərq vaxtı ilə axşam saat 5-də rəsmi olaraq 10 günlük atəşkəs rejimi tətbiq edəcəkləri barədə razılığa gəldilər", - Tramp bildirib.