Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib -

Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib - SƏRƏNCAM

01 İyun 2026

Azərbaycan Prezidenti İlham Əliyev Qurban Səidoviç Qurbanovun "Dostluq" ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Qurban Səidoviç Qurbanov "Dostluq" ordeni ilə təltif edilsin".