Ramazanın 12-ci gününün duası -

Ramazanın 12-ci gününün duası - imsak və iftar vaxtı

01 Mart 2026

Sabah Azərbaycanda Ramazan ayının on ikinci günüdür.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Naxçıvanda mart ayının 2-də  imsak vaxtı saat 06:06-də, iftar vaxtı isə saat 19:06-dadır.

Ramazan ayının 12-ci gününün duası:

"Allahummə zəyyini fihi bis-sətri vəl-ifaf vəsturni fihi bilibasil-qunui vəl-kəfaf vəhmilni fihi ələl-ədli vəl-insaf və əminni fihi min kulli ma əхaf biismətikə ya ismətəl-хaifin!".

İftar duası:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!".

 Allah orucunuzu qəbul etsin!

 Qeyd:Babək və Şahbuz rayonları Naxçıvan şəhəri ilə eyni saat qurşağındadır.

Ordubad rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə əvvəl

Culfa rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə əvvəl

Kəngərli rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə sonra

Şərur rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə sonra

Sədərək rayonu – Naxçıvan şəhərindən 3 dəqiqə sonra

Martın 20‑si Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20‑si və 21‑i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq