
Şərurda 83 yaşlı kişi yanaraq ölüb
Şərurda fərdi yaşayış evində yanğın olub, Şərurda 83 yaşlı kişi yanaraq ölüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə Şərur şəhərində fərdi yaşayış evində baş verib. Baş verən yanğın nəticəsində Şərur rayon Yengicə kənd sakini, 1942-ci il təvəllüdlü Əliyev Əbülfəz Məmməd oğlu yanaraq ölüb.
İlkin məlumata görə, yanğına səbəb elektrik sobası olub.
Faktla bağlı araşdırma aparılır.