
Şərurda quyudan meyit tapılıb – FHN qüvvələri hadisə yerində
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Şərur rayonunun Oğlanqala kəndində bir nəfərin meyitinin quyudan çıxarılmasına köməklik göstərilməsi ilə bağlı müraciət daxil olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.
Keçirilən xilasetmə tədbirləri nəticəsində meyit dərinliyi təxminən 35 metr olan, içərisində su olmayan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisənin səbəbləri araşdırılır, ətraflı məlumat veriləcək