İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib -

İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib - FOTO

23 Aprel 2025

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, abidənin yerləşdiyi meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan və Çinin Dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.