Naxçıvanda yetkinlik yaşına çatmayanların hüquqlarının qorunmasına dair tədbir keçirilib -

Naxçıvanda yetkinlik yaşına çatmayanların hüquqlarının qorunmasına dair tədbir keçirilib - FOTO

23 Aprel 2025

LNaxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Dövlət Universitetinin aidiyyatı əməkdaşları ilə birgə Naxçıvan şəhər İcra Hakimiyyətində “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmalar və onların profilaktikası” mövzusunda maarifləndirici tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan şəhər İcra Hakimiyətinin başçısının müavini Gülxanım Orucova giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətdən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Samiq Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Nigar Səfərova və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Nuranə Səlimova mövzu ilə bağlı çıxış ediblər. 

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.