"Son Zəng" tədbirinin keçiriləcəyi tarix açıqlanıb
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) müvafiq təlimatına əsasən, bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi "Son Zəng" tədbiri iyunun 13-də keçiriləcək.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, "Son Zəng" tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.








