TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi İclasında iştirak və çıxış etməkdən məmnunluq duyur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, C. Bayramov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Günümüzün dəyişən geosiyasi mənzərəsində müntəzəm qeyri-rəsmi fikir mübadilələrinin və daha güclü regional əməkdaşlığın dəyərini xüsusi vurğuladım", - o bildirib və daha geniş, çevik və qarşılıqlı faydalı tərəfdaşlıqları təmin etməkdə təşkilat və müxtəlif əməkdaşlıq formatlarının rolu diqqətə çatdırılıb:
"Azərbaycan əlaqələndirilmiş və gələcəyə hesablanmış gündəliyi irəli aparmaq üçün qardaş ölkələrimiz və tərəfdaşlarımızla sıx əməkdaşlıq etməyə sadiq qalır".
https://x.com/Bayramov_Jeyhun/status/2045500935581860052/photo/1








