
Tibbi məcburi tədbirlər cəzaya necə hesablanır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Tibbi məcburi tədbirlər cəzaya necə hesablanır?
Cavab: Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalan şəxs müalicə olunduqdan sonra ona cəza təyin edilərkən və ya əvvəllər təyin olunmuş cəzanın icrası bərpa edilərkən, onun psixiatriya stasionarında məcburi müalicədə keçirdiyi hər gün bir gün azadlıqdan məhrumetmə ilə eyniləşdirilərək cəza müddətinə daxil edilir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov