Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB
Yola salınan növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, açarların təqdim edilməsi mərasimində Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 41 ailənin (138 nəfər) qayıdışı təmin olunub.








