Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, 12-13 sentyabr tarixlərində muxtar respublika ərazisində hava şəraitinin dəyişkən olacağı gözlənilir.
Əsasən dağlıq ərazilərdə fasilələrlə yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur.
Həmin günlərdə şərq küləyi əsəcək, arabir güclənəcək.








