Yeni ekologiya və təbii sərvətlər naziri kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" yeni nazirin dosyesini təqdim edir:
R.İsmayılov Bakı Dövlət Universitetinin (BDU) "Hüquqşünaslıq" ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində rəhbər vəzifəyə gələnə qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri olub.
Qeyd edək ki, R.İsmayılov bundan əvvəl ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsində çalışıb.








