
Yetkinlik yaşına çatmayanların işə cəlb edilməsinə görə qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulub? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulub?
Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər isə üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Həmçinin işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər isə on min manatdan on üç min manatadək məbləğdə cərimə edilir.
Qeyd: Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) İnsan hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə şöbəsi