AMB-nin rəhbərliyinin əmək haqqı xərcləri artıb
2025-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə əmək haqqı ödənişləri 3,912 milyon manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 44,8 % çoxdur.
AMB 1992-ci ildə Milli Bank adı ilə yaradılıb, "Konstitusiyaya əlavə və dəyişiklik edilməsi haqqında" 18 mart 2009-cu il tarixli Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar adı dəyişdirilib.








