ANAMA-da “TikTok” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

ANAMA-da “TikTok” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

21 Noyabr 2024

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “TikTok” şirkətinin Şərqi Avropa regionu üzrə dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov və şirkətin dövlət qurumları üzrə məsləhətçisi Emin Axundovla görüş keçirib.

ANAMA-dan "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, görüş zamanı nümayəndə heyətinə ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, ərazilərin nizamsız minalanması və bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə məlumat verilib.

Görüşdə mina təhlükəsi ilə mübarizə sahəsində təbliğatın genişləndirilməsi, mövzu üzrə geniş auditoriyanın məlumatlandırılması məqsədilə “TikTok” şirkəti ilə əməkdaşlığın qurulması və bu istiqamətdə aktual məzmunların yaradılması ətrafında fikir mübadiləsi aparılıb.