Rahid Ələkbərli Şərur rayonunda vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli 27 noyabr 2024-cü il tarixində saat 10:00-da Şərur rayonunda nəqliyyat, telekommunikasiya, internet və poçt xidmətləri sahələrində sakinləri maraqlandıran məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, qəbula yazılmaq üçün Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (036) 550-99-04 və ya (010) 230-71-65 nömrəli telefonları vasitəsi ilə qeydiyyatdan keçmək olar.