“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Noyabrın 21-də Azərbaycan Respublikası Gənclər Fondu, COP29 Əməliyyat şirkətinin tərəfdaşlığı və Velosiped Federasiyasının təşkilatçılığı ilə COP29 çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib.
Gənclər Fondunun mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, veloyürüşdə rəsmilərlə yanaşı, COP29 çərçivəsində ölkəmizdə səfərdə olan əcnəbi qonaqlar da iştirak ediblər.
Ağ şəhər Bulvarında start götürən veloyürüş Bayraq meydanından dairə etməklə yenidən Ağ şəhər Bulvarında başa çatıb.