"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib -

"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib - FƏRMAN

09 İyun 2026

Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, fərmana əsasən, İpoteka və Kredit Zəmanət Fondunun sahibkarların manatla aldığı kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-yə həvalə edilib.

Fərman qüvvəyə mindiyi tarixədək Fondun sahibkarların manatla aldıqları kreditlərə verilmiş təminat və həmin kreditlərə hesablanmış faiz subsidiyaları üzrə hüquqlarının həyata keçirilməsinin və öhdəliklərinin icrasının tam başa çatdırılmasını mövcud normativ hüquqi aktlara uyğun olaraq, Fond təmin etməlidir.