Azərbaycan əhalisinin 22,6 faizini gənclər təşkil edir
Ölkə əhalisinin 2,3 milyon nəfərini və ya 22,6 faizini gənclər təşkil edir.
"NAXÇIVANXƏBƏRLƏRİ"məlumat verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycan gəncləri" statistik məcmuəsinin növbəti buraxılışında qeyd edilib.
Məcmuəyə vurğulanıb ki, gənclərin 53,1 faizi şəhər yerlərində, 46,9 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 47,3 faizini qadınlar təşkil edir.
2025-ci ildə 15-29 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 67,7 min nəfər olub və bütövlükdə doğulan körpələrin 70,6 faizi gənc anaların payına düşüb.
Ötən il ölkədə nikaha daxil olanların 69,0 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28,7, qadınların isə 24,1-dir. Ümumi boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 13,4 faiz, gənc qadınların xüsusi çəkisi isə 31,5 faiz olub.








