Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının tərkibində dəyişiklik edilib - SƏRƏNCAM
Azərbaycanla Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri təyin edilib.








