İlham Əliyev : Elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib
İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilib. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında söyləyib.
Dövlət başçısı bildirib: "Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir".








