Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb -

Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb - SƏRƏNCAM

04 İyun 2025

Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, sənədə əsasən, Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Prezidentin Ehtiyat Fondundan Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb.