Azərbaycanla ICAO arasında Anlaşma Memorandumu qüvvəyə minib

Azərbaycanla ICAO arasında Anlaşma Memorandumu qüvvəyə minib

03 İyun 2025

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (International Civil Aviation Organization - ICAO) arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanunu imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" xatırladır ki, sənəd 2023-cü il avqustun 1-də Bakı şəhərində və sentyabrın 8-də Kanadanın Monreal şəhərində imzalanıb.