Qaraməryəm-İsmayıllı-Şəki magistralını altı kəndlə birləşdirən yolun inşasına 1,5 milyon manat ayrılıb -

Qaraməryəm-İsmayıllı-Şəki magistralını altı kəndlə birləşdirən yolun inşasına 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM

03 İyun 2025

Qaraməryəm-İsmayıllı-Şəki magistralını Oğuz rayonunun altı kəndi ilə birləşdirən avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Qaraməryəm-İsmayıllı-Şəki magistralını dörd min nəfər əhalinin yaşadığı Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.