Azərbaycan neftinin qiyməti 75 dolları keçib

Azərbaycan neftinin qiyməti 75 dolları keçib

30 İyun 2026

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,24 ABŞ dolları və ya 1,66 % artaraq 75,6 ABŞ dolları təşkil edib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti 71,52 ABŞ dolları təşkil edib.