Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

17 Mart 2025

Bu ilin fevral ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (69,32 MB/S) görə yanvar ayına nisbətən öz yerini qoruyaraq 154 ölkə arasında 90-cı olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (37,32 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 85,7 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (345,33 MB/S), axırıncı yeri isə Suriya (3,23 MB/S) tutub.

Azərbaycan fevralda mobil internetin sürətinə görə isə yanvar ayına nisbətən 1 pillə geriləyərək 71,01 MB/S sürətlə 103 ölkə arasında 55-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (543,91 MB/S), sonuncu yeri isə Boliviya (13,4 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 200 şəhər arasında 69,84 MB/S sürətlə 114-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (343,67 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (1,98 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə isə əvvəlki aya nisbətən 3 pillə geriləyərək 85,28 MB/S sürətlə 149 şəhər arasında 83-cü olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (594,69 MB/S), sonuncu yeri La Paz (Boliviya) (9,95 MB/S) tutub.