Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 % artıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 % artıb

24 Yanvar 2026

Ötən il Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 14 milyard 956,7 milyon manat olub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə real ifadədə 9 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 11 milyard 236,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.

Ötən il hər bir ölkə sakini orta hesabla 1 460,1 manatlıq və ya 2024-cü illə müqayisədə nominal ifadədə 197,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.