Azərbaycanda neçə seçici var?

Azərbaycanda neçə seçici var?

26 May 2026

Azərbaycanda 6 milyon 332 min 229 seçicinin adı seçici siyahısına daxil edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, seçicilərin 47,59 %-ni kişilər, 52,41 %-ni isə qadınlar təşkil edir.

R.Qasımov həmçinin bildirib ki, MSK bütün seçki proseslərində informasiya, kommunikasiya texnologiyalarından istifadə edir.