Naxçıvanda ədliyyə xidmətləri qeyri-iş günləri də işləyəcək

Naxçıvanda ədliyyə xidmətləri qeyri-iş günləri də işləyəcək

26 May 2026

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq, vətəndaşlara qeyri-iş günlərində də ədliyyə xidmətləri göstəriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu çərçivədə Naxçıvan “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Qeydiyyat Şöbəsi və Notariat ofisi 30-31 may tarixlərində saat 09:00-dan 16:00-dək vətəndaşların xidmətində olacaq.

Bununla yanaşı, muxtar respublikanın müxtəlif rayonlarında yerləşən notariat ofisləri də növbəli iş qrafikinə uyğun fəaliyyət göstərəcəklər.

Belə ki:

Babək rayon Notariat Ofisi29 may tarixində saat 10:00-dan 13:00-dək;

Şərur rayon 2 saylı Notariat Ofisi29-30 may tarixlərində saat 10:00-dan 13:00-dək;

Culfa rayon Notariat Ofisi27 may tarixində saat 10:00-dan 13:00-dək;

Şahbuz rayon Notariat Ofisi 29 may tarixində saat 10:00-dan 13:00-dək;

Kəngərli rayon Notariat Ofisi 29 may tarixində saat 10:00-dan 13:00-dək fəaliyyət göstərəcək.

Vətəndaşlar qeyd olunan tarixlərdə müvafiq notariat ofislərinə müraciət edə bilərlər.