Bayram günlərində Naxçıvanda ictimai nəqliyyatın iş qrafiki açıqlanıb

Bayram günlərində Naxçıvanda ictimai nəqliyyatın iş qrafiki açıqlanıb

26 Dekabr 2025

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan şəhərində ictimai nəqliyyatın iş rejimində dəyişiklik edilib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, şəhər ərazisində fəaliyyət göstərən müntəzəm marşrut xətləri yanvarın 1-də saat 01:00-dək sərnişinlərə xidmət göstərəcək.

Bayramın digər günlərində isə Naxçıvan şəhərində sərnişindaşımalarını həyata keçirən bütün avtobus marşrutları müəyyən edilmiş gündəlik iş rejiminə uyğun fəaliyyətini davam etdirəcək.

Bununla yanaşı, muxtar respublika ərazisində yerləşən avtovağzallar, eləcə də şəhərlərarası (rayonlararası) marşrutlar bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.