Boksçu Sarvan Abdullayev ölkə birinciliyinin mükafatçısı olub -

Boksçu Sarvan Abdullayev ölkə birinciliyinin mükafatçısı olub - FOTO

21 Yanvar 2025

Bakı şəhərində gənc boksçuların Azərbaycan birinciliyi keçirilib. 6 gün davam edən birincilikdə yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 64 komandanın 3️04 (278 kişi, 26 qadın) idmançısı qüvvəsini sınayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasından 2 məşqçi, 1 hakim və 9 idmançı yarışda iştirak edib. Gözləntilərin yüksək olmasına baxmayaraq, idmançılarımızdan yalnız biri mükafatçılar sırasına düşə bilib. Komandamızın heyətində 71 kq çəki dərəcəsində çıxış edən Sarvan Abdullayev finala qədər maneəsiz irəliləsə də, həlledici görüşdə qələbə qazana bilməyib. Nəticədə təmsilçimiz yarışı gümüş medal ilə tamamlayıb.