"Brent" neftinin qiymətini artırıb
Londonun ICE birjasında "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 2,9 %-dən çox artıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu ticarət məlumatları göstərir.
Belə ki, bu dinamika ABŞ və İranın Yaxın Şərqdəkı qarşılıqlı zərbələrindən sonra qeydə alınıb.
Ticarət zamanı "Brent" markalı neftin qiyməti 1 barel üçün 90,69 ABŞ dollarına (2,94 % artım) çatıb.
Bundan əlavə, hazırda "Brent" markalı neft 1 barel üçün 90,46 ABŞ dolları (+2,68 %) səviyyəsində ticarət olunur, WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 2,34 % artaraq 1 barel üçün 85,35 ABŞ dollarına çatıb.








