Çalxanqala kəndində tibbi müayinə aksiyası keçirilib -

Çalxanqala kəndində tibbi müayinə aksiyası keçirilib - FOTO

04 Avqust 2026

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə "Naxçıvan Sağlamlıq Mərkəzi" PHŞ-nin ixtisaslı həkim briqadası tərəfindən 4 avqustun 4-də Kəngərli rayonunun Çalxanqala Kənd Tibb Məntəqəsində növbəti tibbi müayinə aksiyası təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiya çərçivəsində sakinlər endokrinoloq, nevroloq, terapevt və kardioloq həkimləri tərəfindən müayinə olunub, ehtiyac yaranan şəxslərə elektrokardioqrafik (EKQ) müayinə aparılıb. Müayinələrin nəticələrinə əsasən vətəndaşlara müvafiq tibbi məsləhətlər verilib, zərurət olduqda əlavə müayinə və müalicə üçün ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmələri təmin edilib.

Aksiya zamanı ümumilikdə 28 vətəndaş müraciət edib. Müraciət edən vətəndaşlara ümumilikdə 115 tibbi müayinə və diaqnostik xidmət göstərilib. Belə ki, 23 endokrinoloji, 21 nevroloji, 15 terapevtik və 28 kardioloji müayinə aparılıb, həmçinin 28 EKQ müayinəsi icra edilib.

Əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin əlçatanlığının artırılması və profilaktik tədbirlərin genişləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu məqsədlə təşkil olunan səyyar tibbi müayinə aksiyalarının gələcəkdə də mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.