Cəza çəkmədən azad edilən dörd mindən çox şəxsə birdəfəlik müavinətlər təyin edilib
2025-ci il noyabrın 1-nə vəziyyətinə görə ölkə üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 4 min 636 nəfərə birdəfəlik müavinət təyin edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edək ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər minimum aylıq əməkhaqqının dörd misli məbləğində (hazırda 1600 manat) birdəfəlik müavinətlə təmin edilir.








