Əmək müqaviləsi bağlanarkən hansı hallarda sınaq müddəti müəyyən edilmir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Əmək müqaviləsi bağlanarkən hansı hallarda sınaq müddəti müəyyən edilmir?
Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə, iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə və tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda əmək müqaviləsi bağlanılarkən sınaq müddəti:müəyyən edilmir.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov








