Təhsil haqqında qanunvericiliyin pozulması inzibati məsuliyyət yaradırımı? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Təhsil haqqında qanunvericiliyin pozulması inzibati məsuliyyət yaradırımı?
Cavab: Təhsil haqqında qanunvericiliyin pozulmasına, yəni:
1. təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə;
2. təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsinə;
3. qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə;
4. dövlət təhsil və elmi tədqiqat qrantlarının təhsil müəssisəsinin həmin qrantların verilmə məqsədlərinə uyğun gəlməyən fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilməsinə görə -fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov








