Heyvanlarla rəhmsiz rəftar etməyin cəzası nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Heyvanlarla rəhmsiz rəftar etməyin cəzası nədir?
Cavab: İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Şahmar Həşimov








