Təbii enerji resurslarının talanmasına görə məsuliyyət var? -

Təbii enerji resurslarının talanmasına görə məsuliyyət var? - HÜQUQ MƏSLƏHƏTİ

10 Dekabr 2025

Sual: Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə hansı məsuliyyətə səbəb olur?

Cavab: Təbii qaz, su, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşularaq bu resursları talamaq:

Xeyli ziyan vurulduqda – 2 000–4 000 manat cərimə, yaxud iki ilədək islah işləri, yaxud iki ilədək azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Külli miqdarda ziyan vurulduqda – 4 000–6 000 manat cərimə, yaxud bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması, yaxud üç ilədək azadlıqdan məhrum etmə tətbiq olunur.

Ötürücü və ya paylayıcı qurumların vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində talanmanın qarşısının alınmaması isə:

3 000–4 000 manat cərimə, yaxud bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması, yaxud iki ildən dörd ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Şərur rayon prokurorluğunun böyük müstəntiqi, I dərəcəli hüquqşünas - Nurlan Əhmədli