Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar hansılardır?
Cavab: Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aşağıdakılara dair ümumi qaydalar müəyyən edir:
1) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər;
2) vergilər;
3) Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;
4) sosial təminat;
5) ətraf mühitin qorunması;
6) turizm;
7) səhiyyə, elm, mədəniyyət.
Göstərilən məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








