Naxçıvanda torpaq sahələri hərrac yolu ilə  mülkiyyətə və icarəyə verilib

Naxçıvanda torpaq sahələri hərrac yolu ilə mülkiyyətə və icarəyə verilib

09 Dekabr 2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 5 bələdiyyəsinə məxsus torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı hərrac keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, rəqabətli keçən hərrac prosesində qeydiyyatdan keçən 12 sifarişçi iştirak edib. Nəticədə hərraca çıxarılan 6 torpaq sahəsindən 3 torpaq sahəsi mülkiyyətə, 3 torpaq sahəsi isə icarəyə verilib. 5 sahibkar hərracın qalibi olub.

Qeyd edək ki, mərkəz tərəfindən 16 və 26 dekabrda nəqliyyat vasitələrinin, 17 dekabrda qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi hərracları, 22 dekabrda isə Naxçıvan şəhərindəki torpaq sahəsinin mülkiyyətə verilməsi üzrə müsabiqə keçiriləcək.

Hərrac və müsabiqələrlə bağlı ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/)  və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.