Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 11,2 faiz artıb

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 11,2 faiz artıb

10 Dekabr 2025

Naxçıvan Muxtar Respublikasında 1 dekabr 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 22.076 olub. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, həmin tarixə aktiv ƏDV ödəyicilərinin sayı 11,2 faiz artıb və 607 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 0,4 faiz artaraq 6.128 olub.